Kremldən xəbərdarlıq: “Ukraynada silah qaldıran hər bir kəs hədəfə çevriləcək”
2022-03-10 16:32:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynada Rusiya Federasiyasının hərbçilərinə hücum edən hər kəsin atəş hədəfinə çevriləcəyini söyləyib.
Kremlin təmsilçisi Ukrayna hakimiyyətinin ölkə sakinlərinə silahdan istifadəyə icazə verməsi qərarına Rusiya dövlətinin münasibətini belə ifadə edib: “Ukraynalıların Rusiya hərbçilərinə silahla hücum eləmək cəhdlərinin hamısına cavab veriləcək. Əlbəttə ki, əlində silah bizə hücum etmək istəyən hər bir kəs hədəfə çevriləcək”.
Hürr Tərcüman