📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kremlin bunu ört-basdır etməsindən heyrətə gəldik

2022-07-30 11:48:00

Kremlin bunu ört-basdır etməsindən heyrətə gəldik

Müharibənin altıncı ayı olmasına baxmayaraq, Rusiya hələ də hava üstünlüyünə malik deyil.

Hurriyyet.az xəbər verir ki, bu sözləri "Stars and Stripes"in müxbiri Keytlin Doornbos Pentaqonun adı açıqlanmayan rəsmisinə istinadən bildirib.

Bildirilib ki, Ukraynanın müdafiə gücü Rusiya ordusunu çıxılmaz vəziyyətə salan səviyyəyə çatıb.

"Bu həftə Rusiyanın itkilərini necə ört-basdır etməyə çalışması bizi heyrətə gətirdi. Gördüklərimiz həqiqətən də Moskvadan gələn çox ekspansionist ritorika idi. Həmçinin, XİN başçısı Sergey Lavrovun hökumətinin əvvəlki bəyanatlarını təkzib etməsini də eşitdik”, - rəsmi deyib.