Kremlin sözçüsündən Duma üzvünə XƏBƏRDARLIQ: "Emosiyalarınıza nəzarət edin"
Kremlin sözçüsü Dmitri Peskov Rusiya Dövlət Dumasının deputatı olan Delyaqini öz emosiyalarına nəzarət etməyə və Azərbaycanın ünvanına qeyri-dost bəyanatları səsləndirməkdən çəkinməyə çağırıb. Bu barədə TASS xəbər verir.
Peskov bundan başqa bildirib ki, Rusiya Qarabağda sülhün bərqərar olmasına enerji sərf edir və cəhd göstərir. Xatırladaq ki, deputat Mixail Delyagin hədələyici dillə Azərbaycanı guya Ermənistanla razılaşdırılmış atəşkəs rejimini pozmaqda ittiham edib. O həmçinin ölkəmizi Ermənistana qarşı aqressiv hərəkətlərə yol verdiyini də bildirib və Azərbaycanı Türkiyənin əlatısı da adlandırıb. Bu fikirlərin Rusiyanın dövlət telekanalında deputatın dilindən səsləndirilməsi təəssüf doğurur. Maraqlıdır ki, deputat səsləndirdiyi fikirlərin ilk növbədə dünyada təcrid halına salınığı dövrdə özünün enerji resurslarını Azərbaycanın vasitəsilə bazara çıxarmağa məcbur olan Rusiyaya zərər vurduğunun və faktiki "erməni dəyirmanına su tökdüyünün" fərqində deyil. Məlumdur ki, Azrbaycana gücü çatmayan, bizimlə miqyasda nəinki dövlət, heç cırtdan dövlət də olmayan, sadəcə miskin vassal olan İrəvan Rusiyanı qızışdıraraq bizə qarşı meydana surməyə çalışır. Yaxşı biilr ki, bu onu girəcəyi kol deyil...
Ülviyyə, Hurriyyet.az