📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Krım körpüsündə partlayan yük maşınının sahibi Samir Yusubov MÜRACİƏT ETDİ - FOTO

2022-10-08 19:37:00

Krım körpüsündə partlayan yük maşınının sahibi Samir Yusubov MÜRACİƏT ETDİ - FOTO

Krım körpüsündə partlayan yük maşınının sahibi videomüraciət edib. 

Bu barədə mediada partlayan yük maşınının sahibi Samir Yusubovun video müraciəti yayılıb. Onun sözlərinə görə, körpüdəki partlayışla heç bir əlaqəsi yoxdur.

Samir yük maşınının onun adına olduğunu, əslində isə onu əmisi Mahir Yusubovun işlətdiyini etiraf edib.

SOnun sözlərinə görə, əmisi ATİ yük birjasının saytında malların çatdırılması üçün sifarişlər götürüb.

Bundan əvvəl bildirilib ki, qohumları videodan yük maşını Mahir Yusubovun idarə etdiyini müəyyən ediblər.

Qeyd edək ki, Samir Yusubovun dəqiq olmasa da, milliyətcə azərbaycanlı olduğu bildirilir.

Video Oynadıcı

Xuraman Etibarlı,

KONKRET.az