📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Krım körpüsündə partlayış: ölənlər var - Video

2023-07-17 10:14:00

Krım körpüsündə partlayış: ölənlər var - Video

Krım körpüsündə partlayış baş verib, nəticədə azı iki nəfər ölüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Baza” Teleqram kanalı məlumat yayıb.

Partlayış nəticəsində Rusiyanın Belqorod vilayətindən olan turistlərin olduğu avtomobilə də ziyan dəyib, 1 nəfər xəsarət alıb.

Daha əvvəl Krımının qondarma “rəhbəri” Sergey Aksyonov Teleqramda bildirib ki, fövqəladə vəziyyətlə əlaqədar körpüdə nəqliyyatın hərəkəti dayandırılıb. "Krasnodar diyarı istiqamətində, 145-ci dayaq məntəqəsində fövqəladə hadisə baş verib. Hüquq-mühafizə orqanları və bütün cavabdeh qurumlar ərazidə işləyir", - o deyib.

Hadisənin təfərrüatı açıqlanmır.

axar.az