Krım körpüsündəki dəmir yolu xəttinin yeni görüntüləri – VİDEO
2022-10-11 16:00:00
Oktyabrın 8-də partladılmış Krım körpüsündəki dəmir yolu xəttinin yeni görüntüləri yayılıb.
Hurriyyet.az xəbər verir ki, partlayışdan bir müddət sonra çəkilən görüntülərdə yanmış yanacaq çənlərinin hadisə yerindən uzaqlaşdırıldığı görünür.
Həmçinin, təmir işlərinin aparıldığı ərazidə dəmir yol relslərinin, eləcə də yolun kənarındakı dəmir hasarların əridiyi və deformasiyaya uğradığı müşahidə olunur.
Xatırladaq ki, Rusiya tərəfi körpünün yük maşınına qoyulmuş partlayıcı vasitəsilə partladıldığını elan edib. Lakin bəzi mütəxəssislər körpüyə raket zərbəsi endirildiyini də istisna etmirlər.
Azpolitika.info