Krım körpüsündəki partlayışın təşkilatçıları bəlli oldu - Aralarında erməni də var
“Krım körpüsündə törədilən terror aktının təşkilatçısı Ukraynanın hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovdur”.
Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, Krım körpüsündə terror aktının hazırlanmasında iştirak edən 12 nəfər müəyyən edilib, onlardan 8-i saxlanılıb. Bunlardan beşi Rusiya, üçü Ukrayna və Ermənistan vətəndaşlarıdır.
Ukrayna vətəndaşı 1987-ci il təvəllüdlü Vladimir Vasilyeviç Zlob və şəxsiyyəti müəyyən edilmiş daha 5 Rusiya vətəndaşının köməkliyi ilə yükü alan şəxsin Krım Respublikasında mövcud olmayan şirkət olması barədə sənədlər hazırlanıb.
Qurumun məlumatında o da deyilir ki, terrorun törədildiyi bomba Odessadan Bolqarıstan, Gürcüstan və Ermənistan vasitəsilə göndərilib.
Bizim.media