“Krım körpüsünü Ukrayna kəşfiyyatı partladıb” - "Bu hələ başlanğıcdır"
“Krım, körpü, başlanğıc. Qeyri-qanuni hər şey məhv edilməlidir”
Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, bu gün Krım körpüsünün partladılmasının arxasında Ukraynanın Təhlükəsizlik Xidmətinin (UTX) durduğu bildirilir. Nəşrə açıqlama verən mənbə Krım körpüsünün UTX-nin xüsusi əməliyyatı olduğunu bildirib.
Bəlli olduğu kimi, Krım körpüsündə yük qatarında yanacaq çəni partlayıb. Sosial şəbəkələrdə hadisənin başvermə anı ilə bağlı görüntülər yayılıb.
Rusiya Prezidenti Vladimir Putin Krım körpüsündəki partlayışla bağlı hökumət komissiyasının yaradılmasını tapşırıb.
Ukrayna Prezidentinin ofisinin müşaviri Mixail Podolyak Krım köprüsünün qismən dağıdılmasının arxasında Kiyevin durduğunu təsdiqləyib. O, “Tvitter”dəki səhifəsində yazıb: “Krım, körpü, başlanğıc. Qeyri-qanuni hər şey məhv edilməlidir”.
Hürr Tərcüman