Krım körpüsünün partladılması ilə bağlı Ermənistanda cinayət işi açılacaq
2022-10-12 15:00:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistanın Baş Prokurorluğu Krım körpüsündə baş verən terror aktı ilə bağlı cinayət işinin qaldırılması üçün Milli Təhlükəsizlik Xidmətinə (MTX) göstəriş verib.
Xatırladaq ki, RF FTX-nin bu gün verdiyi xəbərdə RF İstintaq Komitəsi ilə birlikdə aparılan araşdırma nəticəsində Krım körpüsündə baş vermiş partlayışın təşkil edilməsində Ermənistan vətəndaşı Artur Terçanyanın iştirak etdiyi bəyan edilib.
Hürr Tərcüman