Krım körpüsünün yanğısı – Rusiya Kiyevi vurdu
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Kiyev şəhərinin meri Vitali Kliçko şəhərin mərkəzindəki Şevçenko rayonunda bir neçə partlayışın baş verdiyini bildirib. Kliçko bu gün səhər öz “Teleqram” kanalında yazıb: “Şevçenko rayonunda bir neçə partlayış baş verib. Detallar sonra açıqlanacaq”.
Ukrayna mətbuatı isə Kiyevdə ən azı dörd partlayış olduğunu yazır.
Rusiyalı siyasi ekspert Sergey Markov öz “Feysbuk” səhifəsində bu partlayışlar barəsində belə yazıb: “İlk dəfədir ki, Rusiya ordusu Kiyevin mərkəzini vurub. Vladimirskaya küçəsində yerləşən UTX (Ukrayna Təhlükəsizlik Xidməti – red.) binası vurulub. Rusiya UTX ilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsini terror təşkilatları kimi tanımağa hazırdır. Krım körpüsündə onların təşkil elədikləri partlayışdan sonra”.
Hürr Tərcüman