📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Krım körpüsünün yeni görüntüləri yayıldı - FOTO

2022-10-13 10:53:00

Krım körpüsünün yeni görüntüləri yayıldı - FOTO

Amerikanın “Maxar” şirkəti bir müddət əvvəl partlayışlar nəticəsində ciddi ziyan dəymiş Krım körpüsünün peykdən yeni görüntülərini yayımlayıb.

Hurriyyet.az teleqraf.com-a istinadla xəbər verir ki, “Maxar” şirkətinin peyk görüntüləri Tvitterdə paylaşılıb.

“Krımda çəkilmiş fotolarda körpünün dəmir yolu qolunda, eləcə də yolun avtomobil körpüsünün aşırımının zədələnmiş hissələrində aparılan təmir işləri görünür”, - məlumatda deyilir.

Peyk həmçinin körpüdən keçən nəqliyyat vasitələrini, eləcə də Kerç boğazından yük maşınlarını daşıyan bərəni qeydə alıb.

Məlumat üçün xatırladaq ki, oktyabrın 8-də Krım körpüsünün dəmir yolu qolunda partlayış baş verib, sonra güclü yanğına çevrilib. Nəticədə yol örtüyünün bir hissəsinin körpünün üzərinə çökdüyü məlum olub.