📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Krım tatarlarının vəziyyətini Zelenski ilə müzakirə etdim” - Türkiyə Prezidenti

2022-02-04 15:07:00

“Səfər çərçivəsində Krımdakı tatar soydaşlarımızın vəziyyətini də Ukrayna Prezidenti Volodimir Zelenski ilə müzakirə etdim”.

Report xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən ölkəsinə dönərkən təyyarədə jurnalistlərin suallarına cavabında bildirib.

“Krım tatarlarının vəziyyətini ayrıca soydaşlarımızla müzakirə etdim. Təbii ki, Krım tatarları üçün burada yaşayış məskəninin tikintisi ilə bağlı vədimiz var. Kiyevdə tikəcəyimiz evlərlə yanaşı, onlara məscid inşa edəcəyimizi də vəd etmişik. Bunlarla bağlı layihə işləri başa çatmaq üzrədir”, - o deyib.

Report.az