📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Krım Ukraynaya qaytarılmalıdır - Ərdoğan

2024-09-11 16:37:45

Krım Ukraynaya qaytarılmalıdır - Ərdoğan

Türkiyə Krımın ilhaqını tanımır. 

Hurriyyet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Krım Platforması Sammitində yayımlanan videomüraciətində deyib. 

O, bildirib ki, Krım Ukraynaya qaytarılmalıdır: “Bu, beynəlxalq hüququn tələbidir”. 

R.T.Ərdoğan həmçinin söyləyib ki, Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir: "Müharibənin Ukraynanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində başa çatmasını arzulayırıq". /Yenisabah.az/