Krımda baş verən partlayışın görüntüsü yayıldı - VİDEO
2022-08-16 10:31:00
Müvəqqəti olaraq işğal olunmuş Krım ərazisində səhər saatlarında baş verən partlayışlardan birinin görüntüləri yayılıb.
Hurriyyet.az xəbər verir ki, Rusiya tərəfi hadisənin elektrik yarımstansiyasında baş verdiyini bildirsələr də, Ukrayna hakimiyyətinin nümayəndələri rusların daha bir silah-sursat anbarının məhv edildiyini bəyan ediblər.
Krımdakl partlayışın görüntüsü sosial şəbəkədə yayılıb.
Kadrlar partlayışın kifayət qədər güclü olduğunu göstərir. Yerli sakinlərin bildirdiyinə görə, partlayış nəticəsində yaxınlıqdakı evlərin pəncərələri dağılıb.
Bakupost.az