📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Krımda partlayışlar baş verdi

2023-07-25 15:10:00

Krımda partlayışlar baş verdi

İyulun 25-də səhər saatlarında Krımın Krasnoqvardeysk rayonunda partlayış səsləri eşidilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Krımda baş verən partlayışlar fonunda Sevastopoldakı ruslar mülki dəniz nəqliyyatının hərəkətini dayandırıblar:

“Ehtimal var ki, Krasnoqvardeysk rayonunda baş verən partlayışlar ərazilərin minalardan təmizlənməsi də olar bilər. Eyni zamanda, Pervomaysk rayonunda da partlayış səsləri eşidilib”.

Hələlik partlayışlarla bağlı rəsmi məlumat yoxdur.