📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Krımda Rusiya Hərbi Donanmasına məxsus “Rostov-na-Donu” gəmisinə raket zərbəsi endirilib

2024-08-03 19:06:51

Krımda Rusiya Hərbi Donanmasına məxsus “Rostov-na-Donu” gəmisinə raket zərbəsi endirilib

Ukrayna ordusu Krımda Rusiya Hərbi Donanmasına məxsus “Rostov-na-Donu” gəmisinə raket zərbəsi endirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Baş Qərargahı sosial şəbəkədəki hesabında paylaşım edib.

Qeyd olunub ki, əməliyyat “S-400” raket kompleksi vasitəsilə həyata keçirilib.

Nəticədə, Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus “Triumf” zenit-raket kompleksi də sıradan çıxarılıb.