📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Krımda taxıl daşıyan qatar partladıldı

2023-05-18 10:55:00

Krımda taxıl daşıyan qatar partladıldı

“Baza” teleqram kanalının yazdığına görə, dəmir yolu səhər saat 8:20-də Baxçasaray yaxınlığında partladılıb, taxıl olan 8 vaqon yoldan çıxıb, 5 vaqon çevrilib. Simferopol - Sevastopol istiqamətində elektrik qatarlarının hərəkəti dayandırılıb.

  "Mütəxəssislər və səlahiyyətlilər artıq hadisə yerində işləyirlər", deyə Krım respublikasının rəhbəri Aksyonov bildirib.

Dəmir yolunda daha bir təxribat Tatarıstanda baş verib: naməlum şəxslər Kazanda dörd rele kabinetini yandırıblar. Bu səbəbdən beş yük qatarı saxlanılıb. “Şot” teleqram kanalınn sözlərinə görə, yanan avadanlıq gecə saatlarında şəhərin Sovetski rayonundakı Derbişki stansiyasının yaxınlığındakı məntəqədə tapılıb.

Ülviyyə, Hurriyyet.az