Kriminal aləmə qarşı əməliyyat – “qanuni oğru” axtarışa verildi
2026-05-15 22:32:08
Ermənistanda “qanuni oğru” kimi tanınan A.D. barəsində cinayət işi başlanıb.
Hurriyyet.az xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, o, hədə-qorxu və söyüşlərlə müşayiət olunan təzyiqlər vasitəsilə kriminal qruplaşma üzvlərinə hakim Vətəndaş Müqaviləsi Partiyasına səs verməməyi tapşırıb.
Bildirilir ki, A.D.-yə qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.
Hazırda həmin şəxsin axtarışa verildiyi açıqlanıb.