📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Krovtsyuk oynadı, komandası 3 xala sevindi

2022-11-12 19:48:00

Krovtsyuk oynadı, komandası 3 xala sevindi

Futbol üzrə Polşa Ekstraklassasında XVII turun oyunları keçirilib.

Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla Plotsk" da növbəti oyununu keçirib.

Komanda doğma meydanda “Krakoviya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. Millimizin üzvü 85-ci dəqiqədə meydana buraxılıb.

“Visla” 17 turdan sonra 28 xalla 18 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. \\Fanat.Az