📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

KTMT Baş katibi – “Biz Qazaxıstanı işğal eləməmişik”

2022-01-07 12:03:00

KTMT Baş katibi – “Biz Qazaxıstanı işğal eləməmişik”

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Kollektiv Təklükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zas Qazaxıstana hərbi müdaxilə edilməsi və ölkənin işğal edilməsi barəsindəki açıqlamalara etirazını bildirərək deyib: “Burada əsas məqsəd – Qazaxıstana yardım eləməkdir. Qalan fikirlər – tamamilə cəfəngiyyatdır”.

“Vəziyyətdən istifadə etdilər” rəylərini eşitmək və oxumaq çox xoşagəlməzdir, bütün bunlar cəfəngiyyatdır”.

Bəlli olduğu kimi, yanvar ayının əvvəlindən Qazaxıstanda maye qazın bahalaşmasına qarşı kütləvi etirazlar başlamışdı. Qazın qiyməti aşağı salınsa da, nümayişlər səngimədi. Prezident Kasım Jomart Tokayev hökuməti və Respublikanın Təhlükəsizlik Şurasının başçısı Nursultan Nazarbayevi istefaya göndərmişdi.

Tokayev “terror təhlükəsinin dəf edilməsi” ilə bağlı KTMT-yə kömək üçün müraciət edib. KTMT rəhbərliyi də həmin gecə Qazaxıstana hərbi qüvvələr göndərməyi qərara alıb.

Hürr Tərcüman