KTMT baş katibi Ermənistan Baş Qərargahında
KTMT-nin baş katibi Stanislav Zas Ermənistan silahlı qüvvələri Baş Qərargah rəisi, general-mayor Edvard Asryanla görüşüb.
Hurriyyet.az xəbər verir ki, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat yayıb.
“Ermənistan Respublikasının sərhədyanı rayonlarının bəzi ərazilərində vəziyyətin ətraflı müzakirəsi aparılıb. Biz hazırkı vəziyyətdə Təşkilatın gələcək mümkün tədbirlərini müzakirə etdik”, - deyə məlumatda vurğulanır.
Xatırladaq ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sentyabrın 13-də keçirilən növbədənkənar iclasının qərarına əsasən, KTMT-nin Ermənistana missiyasının başına KTMT-nin baş katibi Stanislav Zas gəlib. Missiyaya Təşkilatın işçi orqanlarının əməkdaşları olan KTMT-yə üzv dövlətlərin nümayəndələri daxildir.
Yenisabah.az