📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

KTMT başçısı: "Qarabağda təhlükəsizliyi Bakı özü təmin edəcək"

2024-04-22 13:14:34

KTMT başçısı:

Hurriyyet.az xəbər verir ki, KTMT-nin baş katibi İmanqali Tasmaqambetov TASS informasiya agentliyinə açıqlamasında Azərbaycanın öz ərazisi olan Qarabağda təhlükəsizliyi təmin eləmək kifayət qədər qüvvəyə malik olduğunu bildirib. 
KTMT rəhbəri deyib: "Rusiyalı sülhməramlıların Qarabağı tərk eləməsindən danışarkən bunu söyləyə bilərəm: indiki zamanda bura təhlükəsizliyi təmin eləmək üçün öz qüvvələrinə malik olan Azərbaycan Respublikasının ərazisidir...  Hesab edirəm ki, regionda sabitlik Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivindən çox asılıdır".
Hürr Tərcüman