"KTMT-dən çıxış Ermənistan üçün məntiqi addımdır"
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan dünəndən bəri ikinci dəfə Ermənistanın KTMT birliyindən imtinası məsələsini qaldırıb. Onun sözlərinə görə, Ermənistanın KTMT-də fəaliyyətini dondurduqdan sonra təşkilatı tərk eləməsi növbəti məntiqi addımı olacaqdır. Lakin bu addımı nə vaxt atacağına İrəvan özü qərar verəcək.
Bununla da Nikol Paşinyan Ermənistanın KTMT-ni tərk eləməyə hazır olduğu barəsində iyunun 12-də verdiyi bəyanatı bir daha təkrarlayıb.
Xəbər verdiyimiz kimi, Paşinyan bu gün parlamentdəki çıxışında KTMT üzvü olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycanı dəstəkləyən çıxışlarından narazılığını bildirib və Lukaşenkonun hakimiyyətdə qaldığı dövrdə bu ölkəyə səfər etməyəcəyini bəyan edib.
Hürr Tərcüman