KTMT-dən uzaqlaşan Ermənistan NATO-ya yaxınlaşır
Hurriyyet.az “Yerevan Today” nəşrinə istinadla xəbər verir ki, Ermənistan ABŞ-ın rəhbərliyi altında hərbi təlimlərdə iştirak edəcək.
Pentaqonun mətbuat katibi Sabrina Sinqhin verdiyi məlumata görə, aprelin 22-də başlanacaq “Müdafiəçi-2023” (Defender 23) təlimlərində 9 min nəfərə yaxın amerikalı hərbçinin iştirak edəcəyi gözlənilir.
Pentaqonun açıqlamasına görə, təlimlərdə ABŞ Silahlı Qüvvələrinin Avropanı təcavüzdən qorumaq imkanları nümayiş etdiriləcək. Təlimlərin iki aya yaxın davam edəcəyi gözlənilir. Sinqh deyib: “Təqribən 9 min nəfər amerikalı və 26 müttəfiq və tərəfdaş ölkədən olan 17 min nəfərə qədər hərbçi Avropanın 10 ölkəsində keçiriləcək təlimlərdə iştirak edəcək”.
“Amerikanın səsi” radiostansiyasının verdiyi xəbərə görə, təlimlərdə ABŞ-la yanaşı, Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Kosovo, Moldova, Monteneqro, Hollandiya, Şimali Makedoniya, Polşa, Rumıniya, Sloveniya, İspaniya, İsveç və Böyük Britaniyadan olan hərbçilər iştirak edəcəklər.
Hürr Tərcüman