📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

KTMT Ermənistandan vəziyyəti aydınlaşdıracaq qərar gözləyir

2024-06-21 12:57:47

KTMT Ermənistandan vəziyyəti aydınlaşdıracaq qərar gözləyir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov jurnalistlərə açıqlamasında qurumun Ermənistan qarşısında bütün öhdəlikləri saxladığını, ölkənin hələ də təşkilatın müttəfiqi olduğunu söyləyib. 
TASS informasiya agentliyinin verdiyi xəbərə görə, Tasmaqambetov deyib: "Ermənistan bizim KTMT müttəfiqimiz olaraq qalır və bizim Ermənistan qarşısındakı bütün öhdəliklərimiz qüvvədədir. Təşkilata üzvlüm məsələsi isə - respublikanın öz qərarı və suveren hüququdur".
Onun sözlərinə görə, KTMT İrəvanın özünün təşkilatdakı statusunu aydınlaşdıracağına inanır: "Mənim fikrimcə, hər halda Ermənistanın siyasi rəhbərliyi vəziyyəti aydınlaşdıracaq və təşkilatın tərkibində qalıb-qalmamaq qərarını rəsmən açıqlayacaq".
Hürr Tərcüman