“KTMT müdaxilə eləməməlidir, biz Turan ölkəsiyik” – qırğızlar qazax xalqını müdafiəyə qalxdılar
Hurriyyet.az 24.kg portalına istinadla xəbər verir ki, dünən Qırğızıstanın paytaxtı Bişkek şəhərində, parlament binasının qarşısında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələrinin Qazaxıstana müdaxilə eləməsinə qarşı etiraz aksiyası keçirilib. Aksiya iştiakçılarından olan ictimai fəal Klara Sooronkulova deyib: “Biz buraya etirazımızı bildirmək üçün toplaşmışıq. Deputatların qərarına təsir eləmək üçün. Biz KTMT-nin qərarına qarşıyıq – çünki təşkilatın qüvvələrindən yalnız xarici təcavüzə qarşı istifadə edilə bilər. Qazaxıstanda indi baş verənlər isə - daxili proseslərdir. Hesab edirik ki, Qırğızıstan da, KTMT-nin digər ölkələri də müdaxilə eləməməlidirlər”.
Aksiya iştiakçıları Qırğızıstan Respublikasının KTMT-dən çıxmasını tələb edən, Qırğızıstanla Qazaxıstanın Turan ölkələri, qırğız və qazax xalqlarının bir oluğunu, qardaş olduğunu əks etdirən şüarlar səsləndiriblər.
Hürr Tərcüman