KTMT-nin Baş katibi Ermənistan XİN rəhbərliyi ilə görüşüb
2022-09-23 19:44:00
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sentyabrın 23-də İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zas ilə Ermənistanın Xarici İşlər nazirinin müavini Vaqe Gevorkyan arasında görüş keçirilib. Bu barədə məlumatı KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov verib.
Görüşün əsas mövzusu regiondakı vəziyyət olub. Tərəflər gərginliyin azaldılması istiqamətində siyasi-diplomatik xarakterli zəruri birgə tədbirləri müzakirə ediblər.
Xatırladaq ki, Stanislav Zasın rəhbərlik elədiyi KTMT missiyası İrəvana sentyabrın 20-də gedib. Səfərdə məqsəd Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı KTMT üzvü olan dövlətlərin başçıları üçün hesabat hazırlamaqdır.
Hürr Tərcüman