KTMT-nin baş katibi Ermənistanın alyansdan çıxması barəsində xəbərlərə aydınlıq gətirib
2023-11-24 09:20:25
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, KTMT-nin baş katibi İmanqali Tasmaqambetov erməni tərəfi ilə əməkdaşlığın davam elədiyini deyib. Baş katib deyib: “Hazırda Ermənistan Respublikasının KTMT-nin tərkibindən çıxmasından söhbət getmir. Təşkilatda erməni tərəfinin fəaliyyəti davam edir, KTMT çərçivəsində çoxtərəfli təmasla iş rejimində keçir”.
Hürr Tərcüman