📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

KTMT-nin əməliyyat qrupu Ermənistandadır - VİDEO

2022-09-16 10:49:00

KTMT-nin əməliyyat qrupu Ermənistandadır - VİDEO

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Birləşmiş Qərargahının Əməliyyat qrupu Ermənistanda fəaliyyətə başlayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Bildirilib ki, qrupa KTMT-yə üzv olan bütün dövlətlərin nümayəndələri daxildir. Bu qrup Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Ermənistana göndərilib.

Qeyd edək ki, qrup Ermənistan-Azərbaycan sərhədində vəziyyəti araşdırır.