📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"KTMT özü-özünü söndürüb və fəaliyyət göstərmir" - Simonyan

2024-02-27 13:03:43

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirak etməməsi əslində münasibətlərin dondurulması deməkdir.

Hurriyyet.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin sədri Alen Simonyan məlumat verib.

“Məsələ burasındadır ki, baş nazir Nikol Paşinyan bizim təşkilatda iştirak etməməyimizin əslində münasibətlərin dondurulması olduğunu bəyan edib. Bəli, ümumiləşdirsək, KTMT-yə cavabsız qalan bir sual verdik: KTMT-nin məsuliyyət zonası haradadır? Bu sualın cavabı hələ yoxdur. Buna görə də fikrimcə, KTMT özü-özünü “söndürüb” və fəaliyyət göstərmir”, - o qeyd edib.

report.az