📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

KTMT Paşinyanın bəyanatını təkzib etdi

2024-02-23 14:03:24

KTMT Paşinyanın bəyanatını təkzib etdi

İrəvandan KTMT Katibliyinə üzvlüyün dondurulması ilə bağlı heç bir bəyanat daxil olmayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

"Paşinyanın Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı dediklərində, görünür, söhbət qurumun keçirdiyi tədbirlərdə iştirak etməməkdən gedir", - deyə KTMT-dən bildirilib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan France24-ə müsahibəsində ölkəsinin KTMT-də iştirakını dondurduğunu açıqlayıb.

yenisabah.az