📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

KTMT qoşunlarını Almatıdakı biolaboratoriyalara buraxmadılar-Amerikanın Qazaxıstandakı məxfi biolaboratoriyaları sirr dumanı içində...

2022-01-12 17:00:00

KTMT qoşunlarını Almatıdakı biolaboratoriyalara buraxmadılar-Amerikanın Qazaxıstandakı məxfi biolaboratoriyaları sirr dumanı içində...

Rusiya mediasında Amerikanın “Clear Look” və “Cefferson” layihələri çərçivəsində postsovet məkanında bioloji silahların hazırlanması laboratoriyaları haqqında məlumatlar uzun zamandır ki, var. Bu laboratoriyalarda taun, çiçək, qarayara, vəba, bruselyoz və digər ölümcül xəstəliklərin yeni ştamlarının tədqiq olunduğu deyilir. Maraqlıdır ki, son iyirmi ildə 3-cü dərəcəli bioloji laboratoriyaların yerləşdiyi bütün rayonlarda istisnasız olaraq təhlükəli xəstəlik ocaqları qeydə alınıb. Görünür MDB ölkələrinin əhalisi üzərində təcrübələr aparılır.
Alma-Atadakı qırğınlar zamanı yerli media naməlum şəxslərin belə strateji əhəmiyyətli obyektin pəncərələrini sındıraraq birinci mərtəbəyə soxulduğunu bildirib. Söhbət Aykimbayev (Mərkəzi referens-laboratoriyası onun əsasında fəaliyyət göstərir) adına Qazaxıstan Karantin və Zona Tədqiqatları Elmi Mərkəzindən gedir. Daha sonra Qazaxıstan Səhiyyə Nazirliyi məlumatı təkzib edib.
Lakin yerli sakinlər bioloji laboratoriyanın hazırda praktiki olaraq tərk edildiyini və acınacaqlı vəziyyətdə olduğunu iddia edirlər. Talanların olduğu günlərdə ərazidə radioaktiv-kimyəvi-bioloji (RKB) obyektlərin qoruyucusu kostyumlu insanlar var idi, bəlkə də onlar sadəcə  evakuasiya edirdilər, amma deyilənə görə obyektdə heç bir fəaliyyət yoxdur.
KTMT-nin Kollektiv Operativ Reaksiya Qüvvələrinin sülhməramlıları tərəfindən mühafizəsi planlaşdırılan strateji əhəmiyyətli obyektlərin siyahısı razılaşdırılarkən Alma-Atadakı bioloji laboratoriya silinib. Rusiya tərəfi obyektin qorunmasının zəruriliyi ilə bağlı məsələ qaldırıb, lakin Qazaxıstan hökuməti onu KTMT-nin himayəsi altına verməmək qərarına gəlib.
Bu, qismən Amerika bioloji laboratoriyaları ilə bağlı Qazaxıstan və KTMT rəhbərliyinin mövqeləri arasında kəskin fikir ayrılığı ilə bağlıdır. 2021-ci ilin sentyabrında KTMT-nin Düşənbədə keçirilən sammitində bioloji təhlükəsizlik məsələləri üzrə koordinasiya şurasının yaradılması elan edilmişdi. Elan edilmiş proqram uzunmüddətli perspektivdə təhlükəli obyektlərin ləğvini nəzərdə tuturdu. Qazaxıstan hakimiyyəti rəsmi razılığa baxmayaraq, amerikalı hərbi bioloqların rəhbərliyi altında fəaliyyətini davam etdirirdi. Yeri gəlmişkən, Qazaxıstanın Jambıl rayonunda Qvardeyski qəsəbəsində daha bir biolaboratoriyanın açılışı planlanır.  
Ülviyyə, Hurriyyet.az