📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kuba Çinin hərbi bazasına çevrilir

2023-06-20 10:48:00

Kuba Çinin hərbi bazasına çevrilir

Çin ərazisində hərbi təlim düşərgəsi tikmək üçün Kuba ilə razılaşma üzrədir. Bu addm Çin qoşunlarının ABŞ sahillərindən 160 km məsafədəki adada (Kubada) daimi yerləşdirilməsinə səbəb ola bilər.

Mənbələr hesab edir ki, ölkələr arasında aparılan danışıqlarda bu məsələdə ciddi irəliləyiş əldə olunub. Bayden administrasiyası sövdələşməni əngəlləmək üçün Kuba rəsmiləri ilə əlaqə saxlayıb.

Yeni obyekt Pekinə ABŞ sahillərindən cəmi 100 mil məsafədə potensial daimi qoşun yerləşdirməyə, məxfi telefon dinləmələri də daxil olmaqla, ABŞ-ın kəşfiyyat məlumatlarının toplanması imkanı verə bilər.

Çin və Kuba adada dörd dinləmə stansiyasını birgə istifadə edir.

Bəzi rəsmilər hesab edirlər ki, Pekin ABŞ-ın Tayvanla əlaqələrinə cavab olaraq Kubadakı hərbi varlığını artırır.

Ülviyyə, Hurriyyet.az