Kuba qaranlığa qərq oldu
2022-09-28 16:53:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, “İan” fırtınası səbəbindən Kuba tamamilə elektriksiz qalıb.
Kuba Respublikasının Energetika və Dağ-mədən Sənayesi Nazirliyindən verilən açıqlamaya görə, hazırda ada dövlətinin bütün sakinləri – 11 milyon nəfərə yaxın insan elektrik enerjisindən məhrum olub.
Bu gün səhər saatlarında 3-cü dərəcəli şiddətə malik “İan” qasırğası Kubanın qərb rayonlarından keçərək zərər vurub. Sakinlər təxliyə edilib.
Quranlar barəsində məlumat yoxdur, zərərin qiymətləndirilməsi aparılır.
Sabah səhər saatlarında qasırğanın Amerikanın Florida ştatına keçəcəyi xəbər verilir.
Hürr Tərcüman