📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Küçədə qarı təmizləmədi, mükafat aldı - VİDEO

2025-02-27 19:18:17

Küçədə qarı təmizləmədi, mükafat aldı - VİDEO

Türkiyənin İstanbul şəhərinin Sultanbeyli mahalında bir neçə gün əvvəl güclü qar yağdıqdan sonra uşaqlar qar təmizləyən texnikanın yolunu kəsib.

Azyaşlılar nəqliyyat vasitəsini idarə edən şəxsdən həmin ərazidəki qarı təmizləməməyi xahiş edib:

“Nə olar, bu küçəyə girmə, dayanmadan qarı təmizləyirsiniz, icazə verin oynayaq. Onsuz da ayda ildə bir dəfə qar görürürk”, -  azyaşlılar gileylənib.

Uşaqlarını xahişini yerə salmayan bələdiyyə işçisi onlarla razılaşıb.

Görüntülərin sosial şəbəkələrdə maraqla qarşılanmasından sonra Sultanbeyli bələdiyyəsi qarı təmizləməyən əməkdaşı mükafatlandırıb.

“Vəziyyət bura qədər gəldi. Belə olacağını təxmin etmirdim. Orada mən bir növ özümü gördüm. Ona görə də uşaqların xahişini yerə salmadım” – bələdiyyə işçisi deyib.

Sultanbeyli bələdiyyəsinin sədri Ali Tombaş qurum işçisinin hərəkətini “gözəl davranış” adlandırıb.

 

 

Ölkə.Az