Kuleba: “Ərazi güzəştinə imza atmayacağıq”
2022-09-20 17:44:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ukrayna beynəlxalq səviyyədə tanınmış 1991-ci il sərhədləri daxilində ərazi bütövlüyünü bərpa eləmək istəyir. Bu barədə açıqlamanı XİN rəhbəri D.Kuleba verib.
XİN-in mətbat xidmətinin verdiyi xəbərə görə, Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba ərazi güzəştlərinə əsaslanan heç bir razılaşmanın ölkəsi tərəfindən imzalanmayacağını bəyan edib.
Hürr Tərcüman