📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kuleba Hindistana səfər edəcək

2024-03-27 16:42:07

Kuleba Hindistana səfər edəcək

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba  martın 28-də Nyu-Dehliyə səfər edəcək. Dmitri Kulebanın Hindistanın biznes sahəsinin təmsilçiləri ilə görüşü gözlənilir.
Kuleba hindistanlı həmkarı Subramanyam Cayşankar və Hindistanın Baş nazirinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Vikram Misri ilə görüşəcək.
Bu barədə məlumat Hindistan XİN-in saytında yerləşdirilib.
Hürr Tərcüman