Kuleba İranın Rusiyaya silah verməsinin səbəbini açıqlayıb
2023-10-09 16:27:09
“İran Rusiyaya yalnız öz mənfəəti üçün kömək edir”.
Hurriyyet.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
“Rusiyanın İrandan raket almaq istədiyi heç kimə sirr deyil. Qərb ölkələri bunun qarşısını almağa çalışır. Vəziyyət qeyri-müəyyəndir. Həm Rusiya, həm də bizim üçün. İran burada əlverişli mövqedədir. Çünki onlar bilirlər ki, əllərində müxtəlif oyunçularla münasibətlərdə fəaliyyət göstərə biləcək bir aktiv var”, - Kuleba bildirib.
“AzPolitika.info”