📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kuleba: “NATO-dan nə istədiyimiz bəllidir – silah, silah və silah”

2022-04-07 16:05:00

Kuleba: “NATO-dan nə istədiyimiz bəllidir – silah, silah və silah”

Hurriyyet.az TRT Avaz kanalına istinadla xəbər verir ki, bu gün NATO-nun xarici işlər nazirlərinin yığınacağının ikinci günüdür. Belçikada keçirilən yığınacağın əsas mövzusu Ukraynada baş verən hadisələrdir. Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba NATO qərargahının girişində açıqlama verərək, ölkəsinin daha çox silaha ehtiyac duyduğunu bildirib. Kuleba deyib: “NATO-dan nə istədiyimiz aşkardır: silah, silah və silah. Necə qələbə qazanacağımızı bilirik. Lakin daha çox silaha ehtiyacımız var. NATO üzvləri tərəddüdlərini bir yana qoyub Ukraynanın ehtiyaclarını ödəməyə məcburdurlar. Yeni Buçanın olmasını istəmirsinizsə, silah yollamalısınız. Bu dəfə silah sülhə xidmət edəcək. Ukraynada istifadə edilən hər bir silahdan ölkəmizi müdafiə üçün istifadə edilir. Silah tədarükündə müdafiə və hücum məqsədli deyə ayrı-seçkilik eləmək ikiüzlülükdür. Almaniyanın davranışında dəyişiklik olsa da, kifayət qədər deyil. Bəlkə də Berlinin vaxtı olar, amma Ukraynanın vaxtı qalmadı”. Rusiyaya qarşı hərtərəfli sanksiyalar tətbiq edilməlidir. Təbii qaz və neft alışı tamamilə dayandırılmalıdır. Ukrayna xalqı siyasətçilərin sanksiyalar məsələsində könülsüz davranmasının əvəzini canı ilə ödəməməlidir. Rusiyanın bütün bankları swıft sistemindən çıxarılmalı və limanlar Rusiya gəmilərinin üzünə bağladılmalıdır”.

Hürr Tərcüman