📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kuleba: “Silaha ehtiyacımız var”

2022-03-02 21:09:00

Kuleba: “Silaha ehtiyacımız var”

Ukrayna xarici işlər naziri Dmitri Kuleba və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Bu barədə nazir Kuleba "Twitter"də bildirib.

"Blinkenlə Rusiya Ukraynaya qarşı müharibəni dayandırana və qüvvələrini çıxarana qədər bu ölkəyə qarşı əlavə sanksiyalarla bağlı telefon danışığımız oldu. Rusiyanın sanksiyalardan yayınmasının qarşısını almaq üçün əlaqələndirilmiş səylər barədə də danışdıq. Mən Ukraynanın, xüsusən də Hərbi Hava Qüvvələrimizin əlavə silah tədarükünə ehtiyacını vurğuladım", - deyə nazir qeyd edib. \\Demokrat.az