📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kuleba: Türkiyədə bunu müzakirə etməyəcəyik!

2022-03-29 09:30:00

Kuleba: Türkiyədə bunu müzakirə etməyəcəyik!

Ukrayna nümayəndə heyəti Rusiya ilə Türkiyədəki danışıqlarda referendumu müzakirə etmək niyyətində deyil.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

O bildirib ki, referendum məsələsi Ukraynanın daxili işidir:

“Biz özümüz hər hansı referendumun keçirilib-keçirilməyəcəyini müzakirə edəcəyik. Bu, danışıqların predmeti deyil.

Ukrayna prezidenti hər zaman xalqın - ukraynalıların mövqeyini diqqət mərkəzində saxlayır. Bu ay biz milli birlik naminə uzun bir yol qət etmişik. Mən hakimiyyətin xalqın iradəsinə zidd nəsə etməsini istisna edirəm".