Kuleba: “Ukraynalılar Almaniyanın “yox” cavabını unutmayacaqlar”
Kuleba: “Ukraynalılar Almaniyanın “yox” cavabını unutmayacaqlar”
Hurriyyet.az xəbər verir ki, Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba Almaniya Federativ Respublikasının bu ölkəyə silah tədarükündən imtina etməsini onillərlə unutmayacaqlarını bildirib. Berlinin açıqlamasında həmin silahların böhranlı bölgələrə tədarük edilməyəcəyi bəyan edilib.
Kuleba Ukrayna rəhbərliyinin Almaniyanın bu qərarından məyus olduğunu qeyd edib. O, ölkəsinin AFR tərəfindən siyasi cəhətdən dəstəkləndiyini qiymətləndirdiyini, lakin bu imtinadan narazı qaldığını söyləyib. Kuleba “Velt” qəzetinə müsahibəsində deyib: “AFR-in Ukraynaya müdafiə silahlarını verməkdən imtina eləməsi bizi məyus edib. Təəssüf ki, ukraynalılar hələ onillərlə bunu unutmayacaqlar, XİN rəhbəri kimi mən də bundan çox kədərlənirəm”.
Hürr Tərcüman