📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Külək güclənib - FAKTİKİ HAVA

2024-09-05 16:46:14

Külək güclənib - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 5-i saat 15:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında əvvəlcədən xəbər verildiyi kimi, sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi 21 m/s-dək güclənib. 

Hurriyyet.az xəbər verir ki, bu barədə xidmət məlumat yayıb. 

Bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 31, aran rayonlarında 34, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.