📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Küləkli hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

2026-10-01 19:19:24

Küləkli hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

Agentlikdən verilən məlumata görə, xəbərdarlığa əsasən, oktyabrın 2-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi oktyabrın 3-ü səhərədək davam edəcək.

Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s-dək, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda isə 3.5-5.5 m. çatacağı proqnozlaşdırılır.