Kuleva: “Rusiya hələ Ukraynanın təklifinə cavab verməyib”
2022-04-01 18:52:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba Kiyevin təhlükəsizlik təklifi ilə bağlı hələ Rusiyadan cavab almadığını bildirib.
Kuleba bu gün Varşava şəhərində keçirilən brifinqdə bildirib ki, Ukrayna nümayəndə heyətinin İstanbulda irəli sürdüyü təhlükəsizlik təminatı üçün beynəlxalq müqavilənin imzalanması təklifi ilə bağlı Rusiyadan hələ rəsmi cavab alınmayıb. Kuleba deyib: “Biz Rusiyadan qəti rəsmi cavab gözləyirik”.
Hürr Tərcüman