📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kür çayında batmış gəncin meyiti tapılıb

2024-07-18 22:16:49

Kür çayında batmış gəncin meyiti tapılıb

İki gün öncə Kür çayının Zərdab rayonundan keçən hissəsində batmış 17 yaşlı gəncin meyiti tapılıb.

Hurriyyet.az report-a istinadən xəbər verir ki, 2006-cı təvəllüdlü rayonun Alı Mustafayev küçəsinin sakini Məmmədəliyev S.-in cəsədi batdığı ərazidən təqribən 200 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.