📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kurçi ilə yolları ayırdılar

2026-08-26 14:08:05

Kurçi ilə yolları ayırdılar

“Neftçi” klubun futbolçusu Alessio Kurçi ilə yolları ayırıb.

Hurriyyet.media xəbər verir ki, bu barədə klubun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 24 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 

Qeyd edək ki, ötən ilin yayında transfer olunan lüksemburqlu hücumçu “Neftçi”nin heyətində 19 rəsmi oyun keçirib, 2 qol vurub, 1 assist edib.