📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kürdə 2 nəfərin axtarışı davam edir - VİDEO

2024-06-15 17:10:51

Kürdə 2 nəfərin axtarışı davam edir - VİDEO

Xəbər verildiyi kimi, Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində çayda batdıqları ehtimal olunan digər iki nəfərin axtarışları davam edir.

Hurriyyet.az xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda batdığı ehtimal şəxslərin axtarışları FHN-nin Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri tərəfindən intensiv şəkildə həyata keçirilir.

Xatırladaq ki, “VAZ-2107” markalı avtomobilin Kür çayına aşması nəticəsində 1992-ci il təvəllüdlü Turqut İbrahimov, 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb. Onlardan yalnız T.İbrahimov çaydan çıxa bilib. Bir nəfərin isə meyiti tapılaraq, aidiyyəti üzrə təhvil verilib.