📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kürdə suyun səviyyəsi bir gündə 80 santimetrdən çox qalxıb - SON VƏZİYYƏT

2022-06-28 09:07:00

Kürdə suyun səviyyəsi bir gündə 80 santimetrdən çox qalxıb - SON VƏZİYYƏT

Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 28 iyun saat 07:00-la müqayisədə 9 sm artıb.

Bu barədə Hurriyyet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, 28 iyun saat 08:30-a olan məlumata əsasən, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 28 iyun saat 07:00-la müqayisədə 9 sm artıb, 27 iyun saat 08:00-la müqayisədə isə 88 sm çox olub və su sərfi 810 m3/san olmaqla ongünlük normanın 200 faizini təşkil edib.