Kürdəmirdə 50 yaşlı kişini qatar vurub? - Yenilənib
2026-10-18 13:17:21
Kürdəmirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Hurriyyet.net xəbər verir ki, hadisə dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Təklə kənd sakini 1976-cı il təvəllüdlü Şahverdiyev Vüqar Ağadadaş oğlu səhər saatlarında dəmir yolu xətti üzərindən keçərkən onu qatar vuraraq öldürüb.
Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
***
“Azərbaycan Dəmir Yolları” QSC hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:
“Dərhal aidiyyəti üzrə məlumat verilib. Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır”.
